Dünyanın sonunda ayaqda qala biləcək 5 ölkə açıqlandı
7NEWS.az xəbər verir ki, qlobal əhali artımı, qlobal istiləşmə və pandemiyalar uzun müddətdir ki, bəşər sivilizasiyasının süqutunu sürətləndirə biləcək əsas təhlükələr hesab edilir. Alimlər son araşdırmalarında hətta potensial qiyamət ssenarisində də sağ qala biləcək ölkələri müəyyən ediblər. Bu ölkələrə Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir.