Hindli uşaq Titu reinkarnasiyanın real olduğunu sübut edən insandır.
7News.Az olke.az-a istinadən xəbər verir ki, BBC kanalı 1990-cı ildə yayımladığı sənədli film ilə reinkarnasiya mübahisələrini yenidən qızışdırıb.
2.5 yaşı olanda ailəsinə əvvəlki həyatından və Aqra şəhərindəki keçmiş evindən danışmağa başlayan Titu bir radio dükanında işlədiyini, adının Sureş Verma olduğunu, Uma adlı arvadı və iki övladı olduğunu deyib. Kiçik Titu silahla vurularaq qətlə yetirildiyini, meyitinin yandırılaraq çaya atıldığını deyib. Bundan sonra ailə narahat olmağa başlayıb. Onlar uşağın dediklərinin düzgün olub-olmadığını yoxlamaq üçün ailənin böyük oğlunu Aqraya göndəriblər.
Titunun böyük qardaşı Aqraya çatanda Sureş adlı bir radio dükanı tapıb. Maraqlı idi ki, dükanı Uma adlı iki uşaq anası, dul qadın işlədirdi. Titunun qardaşı baş verənləri Umaya danışdı. Uma Titunu görmək istədi. Aqraya gələn Titu dükana girən kimi uşaqlarını tanıdı. Maraqlıdır ki, Titu dükandakı dəyişikləri də hiss edib. O, Umaya getdikləri bayramdan və evlərinin bağçasına basdırılan qızıldan danışıb.
Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, Titu keçmiş həyatında gicgahından güllə ilə vurularaq öldürülüb. Güllə onun başının sol tərəfindən çıxıb. Titunun saçını canlı yayımda qırxıblar və güllənin çıxdığı hissədə iki yara izi görünüb.
Titu Aqrada hakim qarşısına çıxıb və cinayəti danışıb. O, prokurorları cinayət işini yenidən qaldırmağa məcbur edib. Onun məlumatları əsasında Sureşin qatili tapılıb. Qatil cinayəti etiraf edib.

7News.Az