ABŞ-da yaşayan qadın trikotilomani xəstəliyindən əziyyət çəkir. O, özünü saçını yolmaqdan saxlaya bilmir. Həkimlər bu xəstəliyi beyinlə əlaqələndirirlər. Yəni beyin əmr edir ki, saçını yol və sən bunu özündən aslı olmayaraq edirsən. Bu xəstəlikdən əziyyət çəkən insan nəinki saçlarını, eləcə də qaşlarını və kipriklərini də yolur.
Xəstəliyin daşıyıcısı olan Kelsie Hanna həmin dəhşətli anları belə xatırlayır:
"Saçlarımı niyə yolduğumu bilmirəm. Bəzən heç xatırlamıram bunu nə zaman etmişəm. Nevroloji bir haldır. Saçımda bəzən qarışqa gəzirmiş, ya iynə batırırmışlar kimi hiss edirəm. Əlimlə o tükü tapmağa çalışıram və yoluram, bu zaman 20-30 tük də qopur".
Bu xəstəliyin onda 5 yaşından başladığını bildirən Kelsie Hanna saç ustası olaraq çalışır./big





7News.Az








