Somalidəki "Əş Şəbab" terror qruplaşması Keniyanın paytaxtı Nayrobidəki beşulduzlu "Dusit D2" otelinə hücum edib.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, hücumda terrorçular 15 nəfəri qətlə yetiriblər. 30 nəfər yaralanıb.
Terrorçular çox adamı otelin "Secret Garden" restoranının terrasında güllələyiblər.
4 terrorçu dünən yerli vaxtla saat 15 radələrində avtomobillə otelə yaxınlaşıb. Onlar otelin girişindəki mühafizəçiləri güllələyəndən sonra otel ərazisinə soxulublar. Dayanacaqdakı avtomobillərə qumbaralar atan terrorçular sonra oteldəki insanları güllələməyə başlayıblar.
"Dusit D2" otelində 101 nömrə var.
Keniyada son illər yaşanmış teror aktlarının əksəriyyətini qonşu Somalidəki "Əş Şəbab" terror qruplaşması törədib.
2013-cü ilin sentyabrında "Əş Şəbab" mənsubları Nayrobidəki "Westgate" ticarət mərkəzinə hücum etmişdilər. 67 nəfəri qətlə yetirmiş terrorçular ticarət mərkəzini bir neçə gün nəzarətdə saxlamışdılar.
İki il sonra Harissa şəhərindəki universitetə hücum edən terrorçular 150 nəfəri qətlə yetiriblər.
"Dusit D2"də həlak olanların 11-i Keniya, biri ABŞ, biri Britaniya vətəndaşıdır.
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin:













