Erməni tərəfi bu dəqiqələrdə Dağlıq Qarabağda qoşunların təmas xəttində yaşayış məntəqələrini aktiv şəkildə atəşə tutur.
7News.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
O qeyd edib ki, Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir: "Cavab zərbələri çox sərt olacaq"./trend
7News.Az








