RU
Duterte ABŞ-a xəbərdarlıq edib
11:00
351

Duterte ABŞ-a xəbərdarlıq edib

Filippin prezidenti Rodriqo Duterte ABŞ-ı bu ölkənin ərazisində hərbi tikintilərin inşasından imtina etməyə çağırıb və bununla bağlı xəbərdarlıq edib.

7news.Az xəbər verir ki, bu barədə "Sinyuxa” agentliyi məlumat yayıb. 

"Mən ABŞ-a xəbərdarlıq etmək istəyirəm: bunu etməyin, mən icazə verməyəcəyəm”, - Duterte bəyan edib.

"Onun adının anbar və ya "təchizat stansiyası” olmasından asılı olmayaraq - bütün bunlar silahların daimi saxlanılması yerləridir. Bu, Filippinin qanunu ilə qadağandır”, - prezident əlavə edib. 

"Əgər ABŞ inad etsə, mən hərbi razılaşmanı təkrar gözdən keçirəcəyəm və yekunda mümkündür ki, onu ləğv edim”, - deyə o bildirib. Rodriqo Duterte vurğulayıb ki, 1998-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən, Filippin ərazisində daimi hərbi tikintilər inşa etmək qadağandır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ