RU
Düz bağırsağında Azərbaycana 59 qram narkotik keçirmək istədi
11:33
406

Düz bağırsağında Azərbaycana 59 qram narkotik keçirmək istədi

DGK məlumat yaydı.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı təhqiqat aparılır./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ