RU
Dövlət avtomobili silsilə qəza törətdi
11:29
1106

Dövlət avtomobili silsilə qəza törətdi

Bakıda Daxili İşlər Nazirliyinə məxsus avtomobil qəzaya düşüb.

7News.Az "qafqazinfo"ya istinadən xəbərə verir ki, Nəsimi rayonu, Bülbül prospektində bir neçə gün öncə baş verən qəzada 3 avtomobil toqquşub. Polis Akademiyasına məxsus polis serjantı 1993-cü il təvəllüdlü Pünhan Fəridlinin idarə etdiyi "Nissan Altima" markalı 10 AA 032 nömrəli avtomobil Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Fərid Əfəndiyevin idarə etdiyi "VAZ-21011" markalı 90 OX 154 nömrəli avtomobil toqquşub.

Qəza nəticəsində P.Fəridli idarəetməni itirərək yolun kənarında dayanan Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Anar Kərimliyə məxsus "Hyundai" markalı 90 NL 696 nömrəli avtomobili vurub. Qəza nəticəsində ağır xəsarət alan olmayıb. 

Nəsimi RPİ-də araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ