RU
Dövlət İmtahan Mərkəzində yoxlama aparılacaq
11:51
187

Dövlət İmtahan Mərkəzində yoxlama aparılacaq

Dövlət İmtahan Mərkəzi 2022-ci il üzrə təsərrüfat fəaliyyətinin, konsolidə olunmuş maliyyə hesabatlarının və vergi auditinin keçirilməsi üçün kənar audit xidmətinin satın alınması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi "Grovv Audit and Consulting” QSC olub.
Reklamınızı SmartBee ilə effektiv edin.
Qalib təşkilatla 17,699 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, "Grovv Audit and Consulting” QSC 12.01.2018 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Abdurahmanov Orxan Əlisəfa oğludur. Nizamnamə kapitalı 2000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ştq, Muxtar Fətəliyev, ev 35, m. 60-dır./olke

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ