RU
Dövlət Komitəsi: Azad edilən ərazilərin ümumi planı başa çatmaq üzrədir
18:15
136

Dövlət Komitəsi: Azad edilən ərazilərin ümumi planı başa çatmaq üzrədir

Azəd edilmiş torpaqların ərazi planlaşdırılma sənədləri böyük dövrü əhatə edir.

7NEWS.Az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində bu işlər görülməlidir. A. Quliyev bildirib ki, bu planlar əsasında insanlar növbəti illərdə həyatlarını quracaq: "Bu gün həyat Qarabağa qayıdır".

Dövlət Komitəsinin sədri deyib ki, işğaldan azad edilən ərazilərin ümumi planı hazırlanır və başa çatmaq üzrədir: "Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın baş planının hazırlanması davam edir. Zəngilan, Kəlbəcər, Qubadlı və sonrakı mərhələdə Laçın rayonları layihələndiriləcək. Bu işlər Komitə tərəfindən sistemli şəkildə aparılır”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ