RU
Dövlət Komitəsi: zorakılıq faktının ailə sirri kimi saxlanması ağır fəsadlara səbəb olur
22:20
901

Dövlət Komitəsi: zorakılıq faktının ailə sirri kimi saxlanması ağır fəsadlara səbəb olur

"Son zamanlar məişət zəminində baş vermiş cinayət hadisələrinin qurbanlarının yaxınları tərəfindən istər Komitəyə, istərsə də digər dövlət qurumuna verilən məlumatlar və ya kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibələr təhlil edilib. Nəticələr onu deməyə əsas verir ki, ailədaxili münaqişələrin ilkin vaxtlarından qurbanların yaxınlarının bu zorakılıq hallarına göz yumması, bu faktı ailə sirri kimi saxlaması  daha ağır fəsadlara gətirib çıxarmasına səbəb olur". 

Bunu  Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur  Mərdanoglu  deyib.

"Baş vermiş hadisə fonunda bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, məişət zəminində zorakılığa məruz qalmış şəxslər barədə məlumatların aidiyyəti qurumlara vaxtında və düzgün çatdırılması bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır".

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ