RU
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək
10:29
827

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 6-da Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək. Qəbul Qəbələ şəhəri Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ