Azərbaycan prezidenti İlham Əliyev "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
7news.Az-ın məlumatına görə, "Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda "İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin "Yeddinci təsnifat” bəndinə "Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:
|
Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda: |
|
|
rəhbər |
365 |
|
rəhbərin müavini |
345 |
|
sektor müdiri, baş mühasib |
315 |
|
baş məsləhətçi |
290 |
|
böyük məsləhətçi |
285 |
|
aparıcı məsləhətçi |
280 |
|
məsləhətçi |
275 |
"Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin "Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda "bölmələrində,” sözündən sonra "yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilib.








