RU
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqləndi
10:10
464

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqləndi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişikliklər edib.

7News.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ