2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manat təşkil edib.
7news.Az xəbər verir ki, əməkhaqqı neft sektorunda 3129,2 manat, qeyri-neft sektorunda 458,9 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 394,2 manat, özəl müəssisələrdə isə
695,0 manat təşkil edib.
7news.Az








