RU
`Dövlətə qarşı alçaqlıq etdilər`
13:34
1481

`Dövlətə qarşı alçaqlıq etdilər`

“Türkiyədə baş verən hadisələr türk demokratiyası üçün ləkədir”.

7News.Az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım çıxışında deyib. 

Baş nazir canlı yayımda göstərdiyi şücaətə görə xalqa təşəkkürünü bildirib: “Terror təşkilatına qarşı ayaqda duran bütün vətəndaşların alnından öpürəm. Xalqımız onlara ən gözəl cavabı verdi. 15 iyul demokratiyamızın bayramı oldu. Bu hücumlara qarşı mübarizə zamanı həyatını itirən təhülkəsizlik güclərimizi, polislərimizi və sıravi vətəndaşlarımızı rəhmətlə, hörmətlə anırıq.

Vətənini, millətini sevən və bu alçaq hərəkətə uymayan hərbçilərimizi təbrik edirəm. Hadisə baş verən andan meydanları dolduran qeyri-hökumət təşkilatlarına, vətəndaşlarımıza və siyasi partiyalara təşəkkürümü bildirirəm. Milli iradənin ölkəmizin müstəqilliyi üçün nə qədər əhəmiyyətli olduğu bir daha göründü. Tankların üzərinə çıxan əziz vətəndaşlarımız, canını bu yolda şəhid verənləri millət əsla unutmayacaq. Bu çətin gündə bizi axtaran dost ölkələrə də təşəkkür edirik”.

B.Yıldırım vurğulayıb ki, paralel şəbəkə mənsubları artıq uca Türk ədalətinin əlindədir: “Onlar layiq olduqları cəzanı alacaqlar. Millətimiz bu hadisədə çox böyük güc göstərdi. Bu cəhdi edənlər bir daha anlamalıdır ki, heç kim bu millətin demokratiya eşqiylə yarışa bilməz. Vətəndaşlarımızın bu gün normal həyatına dönməsi bunun göstəricisidir. Bu dövlətin silahı ilə atəş açanlar PKK terrorundan daha alçaqdır. Onlar dövlətə qarşı alçaqlıq etdilər.

Çevriliş cəhdinin qarşısı alınıb. Təəssüf ki, 161 şəhidimiz var. Bununla bərabər 1440 yaralı qeydə alınıb. 2839 əsgər isə nəzarətdədir. Xalqımızla birlikdə bu bəlanın öhdəsindən gəldik. Media quruluşlarımız bu hadisədə çox böyük bir vətənpərvərlik nümunəsi ortaya qoydu. İşin birinci mərhələsi burada sona çatdı”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ