RU
Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı - Azadlığa buraxıldı
13:17
421

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı - Azadlığa buraxıldı

Bu gün Səbail rayon məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdiyilməsi haqda  Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi təqdimata baxılıb.

C.Cəfərovun vəkili Cavad Cavadov bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, C.Cəfərov 1 il 7 ay öncə həbs edilib, ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq araşdırması davam etdirilir./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ