Dünyada neft qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Hər halda ötən ilin son aylarından başlayaraq manatın devalvasiyaya məruz qalmasının ardınca iqtisadi sferada baş verənlər belə deməyə əsas verir. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan anoloji böhranla üzləşən digər dövlətlərdən fərqli olaraq yaxın perspektivdə nəzərdə tutduğu sosialyönümlü layihələri arxa plana atmağı düşünmür. Hər halda ölkənin yüksək rütbəli rəsmilərinin açıqlamaları belə deməyə əsas verir. Özü də bu yalnız söz olaraq deyil, əməldə də öz təsdiqini tapır. Ötən gün Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyev bunu bird aha bəyan edib. Dövlət başçısı sosialypnümlü siyasətin bundan sonar da davam edəcəyini diqqətə çatdırıb: “Maaşlar, pensiyalar artırılıb, bu, sosial siyasətimizin nəticəsidir”. Neftin qiymətinin düşməsindən sonar yaranmış vəziyyətə toxunan Prezident İlham Əliyev deyib ki, sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək: “2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”.
Dövlət başçısının fikirlərindən aydın olur ki, prezident və onun komandasının həyata keçirdiyi antiböhran tədbirləri tezliklə yaranmış xırda çətinlikləri aradan qaldıracaq, Azərbaycanın iqtisadi potensialı daha da artacaq.
Ekspert Azər Verdiyev deyir ki, cənab prezidentin rəhbərliyi ilə keçirilən hər bir iclas, toplantı birmənalı şəkildə insanları narahat edən problemlərin həllində müsbət mənada dönüş yaradır: “Bu artıq son bir ayda üçüncü belə görüşdür. Xatırlayırsınızsa birinci görüşdə qaldırılan problemlər üçüncü görüşə qədər artıq öz həllini tapmış oldu. Qiymətləri süni şəkildə qaldırılanlar cəzalandırıldı, əhalinin əsas qida ehtiyacı olan məhsulların qiyməti isə endirildi. Bu da öz növbəsində cəmiyyətdə müsbət qarşılandı. Ümumiyyətlə, son dövrlərdə Prezidentin atdığı addımlar birmənalı şəkildə ölkədə devolvasiya ilə əlaqədar yaranmış böhrandan çıxmaq üçün nəzərdə tutulub: “Pensiyaların 10 manat artırılması, daha sonra bütün növ əmək pensiyalarının sığorta hissəsinin, I qrup əlillərin sosial müavinətlərinin artırılması, aztəminatlı ailələlərə 20 milyon manat ayrılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış addımlar idi. Hesab edirəm ki, bu toplantı da bu iqtisadi islahatların davamı kimi qiymətləndirilməlidir”. Azər Verdiyevin sözlərinə görə, müəyyən iqtisasdi çətinlik dövrü yaşayan bir ölkənin maaş və pensiyaları artırması zamanında həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər: “Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzaladı. Ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə cari ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrıldı. Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin 2014-cü il 17 mart tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Eyni zamanda, bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılması ilə bağlı sərəncam imzalandı. Ümumiyyətlə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində islahatlar davam etdirilməkdədir. Hesab edirəm ki, dövlətin kompleks islahatlar mexanizmi böhrandan unikal formada çıxışı təmin edəcək”. Ekspertin qənaətincə məsələyə kompleks yanaşsaq görərik ki, İlham Əliyevin geoiqtisadi vəziyyətə uyğun çevik siyasəti ölkəmizdə siyasi və iqtisadi sabitliyin əsas qarantıdır: “Hər kəsə aydındır ki, böhranın səbəbi bizlər deyilik. Bu bütün dünyanı öz cənginə almış iqtisadi kataklizmdir. Lakin ölkəmizdə aparılan qabaqlayıcı tədbirlərin nəticəsində minimum itki ilə bu böhrandan çıxacağıq. /olaylar
7News.Az








