RU
DYP `20 Yanvar`ı elə `təmizlədi` ki...
13:05
1405

DYP `20 Yanvar`ı elə `təmizlədi` ki...

Paytaxt sakinlərin şikayəti əsasında Bakının “20 Yanvar” metrostansiyasının ətrafı və “Şamaxinka” kimi tanınan ərazidə avtomobillərin saxlanılmasına qadağa qoyulub. Bir neçə gündür ki, adları çəkilən ərazi DYP əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. 

Artıq həmin ərazidə “Sumqayıta 1 manata”, “Gəlin, bir yerim qaldı” kim şüarlar səsləndirən taksi sürücülərini də görmək mümkün deyil. Sakinlərin şikayəti əsasında taksi sürücüləri oradan uzaqlaşdırılıb.

Bakının girişində illərdir öyrəşdiyimiz mənzərədən əsər-əlamət qalmayıb. “Şamaxinka” və “20 Yanvar”da indiyə kimi şahidi olmadığımız sakitlik hökm sürür./azvision.az

7News.Az



Qeyd edək ki, yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülən ərazidə dayanma-durma qaydalarını pozduğu üçün 3 gün ərzində 2300-ə qədər sürücüyə protokol tərtib edilib. 100-ə yaxın sürücü eyni xətanı törətdiyi üçün təkrar cərimələnib.





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ