RU
DYP əməkdaşları “Şaqman” sürücüsünü belə döydü
01:55
18245

DYP əməkdaşları “Şaqman” sürücüsünü belə döydü

Son vaxtlar 7News.az redaksiyasına Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz əməlləri barədə durmadan məlumatlar daxil olmaqdadır. Məlumatlar ən müxtəlif sahələri əhatə edir və cəmiyyətdə birmənalı qarşılanmır. Polis adına ləkə gətirən bu kimi əməkdaşlar barədə qanun çərçivəsində tədbirlərin görülməsi gələcəkdə bu kimi halların qarşısının alınmasında mühüm rol oynayacaqdır.

DYP “reket”lərinin  növbəti “qəhrəmanlıq”ları barədə daxil olan daha bir məlumatı təqdim edirik.                                                                                                 

 28 dekabr 2015-ci il tarixdə  saat 23-24 radələrində Nizami  rayonu  ərazisində  (neft  ayırma  zvodunun dairəsində) DYP-nin  456  nömrəli  avtomobilində  xidmət  göstərən DYP  əməkdaşları  “Şaqman” markalı yük  avtomobilini  saxlayırlar,  Sürücü  avtomobildən  düşdükdən  sonra,  DYP  əməkdaşı   “Şaqman” markalı yük avtomobilinin  sükanı  arxasına  əyləşir  və   bu  kateqoriyalaran  olan  avtomobili   idarə  etmək  səriştəsi olmadığından avtomobilin  surət  ötürücü  qutusunu  zədələyir. “Şaqman” -nın  sürücü  Xanlar  Əliyev   onun   bu  hərəkətinə  iradını  bildirdikdə  DYP  əməkdaşı  arxadan  yaxınlaşaraq  Əliyevə  qəfildən  zərbə  vuraraq  yerə  yıxır  və  onun  köməyinə  gələn  ikinci  yoldaşı  ilə  birlikdə  sürücünü  döyməyə  başlayırlar  və  sonra  onu  zor  tədbiq  edərək (yumruq  və  təpiklə  vura-vura)   öz  xidməti  avtomobillərinə  oturmağa  cəhd  ediblər. Buna  nail  ola  bilmədikdə  isə  köməyə  diğər  bir  DYP  ekipajı  və  PPX  ekipajı  da  çağırıblar.

Sürücü  bu  dəstənin  əlindən  qaçıb  evə  gələrkən   yolda  hadisə  haqqında  102  xidmətinə  müraciət  edib. Hadisə  ilə  bağlı polisdə  araşdırmalar  aparılır.  Döyülən  sürücü,  həkim  müayinəsindən  keçib (təcili  yardım  və  poliklinika)  hal  hazırda  evdə  müalicə  qəbul  edir. 

Qeyd: Hadisənin  təffərrüatı barədə  ardıcıl  olaraq oxuculara  məlumat  verəcəyik.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ