Son vaxtlar 7News.az redaksiyasına Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz əməlləri barədə durmadan məlumatlar daxil olmaqdadır. Məlumatlar ən müxtəlif sahələri əhatə edir və cəmiyyətdə birmənalı qarşılanmır. Polis adına ləkə gətirən bu kimi əməkdaşlar barədə qanun çərçivəsində tədbirlərin görülməsi gələcəkdə bu kimi halların qarşısının alınmasında mühüm rol oynayacaqdır.
DYP “reket”lərinin növbəti “qəhrəmanlıq”ları barədə 30 dekabr 2015-ci il tarxidə “DYP əməkdaşları “Şaqman” sürücüsünü belə döydü -BAKIDA DƏHŞƏT” başlığı ilə yazı dərc etmişdik. Yazıda qeyd olunurdu ki, 28 dekabr 2015-ci il tarixdə saat 23-24 radələrində Nizami rayonu ərazisində (neft ayırma zvodunun dairəsində) DYP-nin 456 nömrəli avtomobilində xidmət göstərən DYP əməkdaşları “Şaqman” markalı yük avtomobilini saxlayırlar, Sürücü avtomobildən düşdükdən sonra, DYP əməkdaşı “Şaqman” markalı yük avtomobilinin sükanı arxasına əyləşir və bu kateqoriyalaran olan avtomobili idarə etmək səriştəsi olmadığından avtomobilin surət ötürücü qutusunu zədələyir. “Şaqman” -nın sürücü Xanlar Əliyev onun bu hərəkətinə iradını bildirdikdə DYP əməkdaşı arxadan yaxınlaşaraq Əliyevə qəfildən zərbə vuraraq yerə yıxır və onun köməyinə gələn ikinci yoldaşı ilə birlikdə sürücünü döyməyə başlayırlar və sonra onu zor tədbiq edərək (yumruq və təpiklə vura-vura) öz xidməti avtomobillərinə oturmağa cəhd ediblər. Buna nail ola bilmədikdə isə köməyə diğər bir DYP ekipajı və PPX ekipajı da çağırıblar.
Sürücü bu dəstənin əlindən qaçıb evə gələrkən yolda hadisə haqqında 102 xidmətinə müraciət edib. Hadisə ilə bağlı polisdə araşdırmalar aparılır. Döyülən sürücü, həkim müayinəsindən keçib (təcili yardım və poliklinika) hal hazırda evdə müalicə qəbul edir.
Biz də öz növbəmizdə 7News.az redaksiyası olaraq hadisə barədə oxucularımıza yenilənmiş, təfsilatlı məlumatları dərc edəcəyimizə söz vermişdik.
Həmin hadisə ilə əlaqədar yeni məlimatlar əldə etmişik və həmin məlumrları oxuculara təqdim edirik.
Hadisə zamanı DYP əməkdaşları surüsünün alın nahiyəsinə və ayağına yetirdikləri xəsarətləri fotoşəkillərdə görürüsünüz. Bundan başqa doyülmə nəticəsində sürücünün qara ciyər nahisəsi və sol aşağı qabırğasinda da ciddi zədələnmələr var. Aldığı xəsarətlədən əziyyət çəkən sürücü artıq beş gündür ki ağrilardan hərəkət edə bilmir.
Bundan əlavə olaraq səriştəsiz DYP əməkdaşının “Şaqman” avtomobilinə vurduğu maddi ziyan məyyən etmək üçün sürücü tərəfindən mütəxəssislərə müraciət edilmişdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanlar araşdırmaları davam etdirir.
7News.az










