RU
DYP Nemət Pənahlını saxladı: 4700 manat... (VİDEO)
14:10
60

DYP Nemət Pənahlını saxladı: 4700 manat... (VİDEO)

Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.

7News.Az sitat.info-ya istinadən xəbər verir ki, DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, "Avropa” otelinin yaxınlığında  "saxla” əmri verib.

Partiya sədri baş verənlərlə bağlı bildirib ki, onun avtomobilinə DYP tərəfindən həbs qoyulub:

"Bəli, bu gün səhər DYP əməkdaşı tərəfindən saxlanıldım. Avtomobilimin cərimə borcu 4700 manatdır. Bu səbəbdən maşını cərimə meydançasına aparıldı”.
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ