RU
DYP təmir olunan yollarla bağlı sürücülərə müraciət edib
13:14
10

DYP təmir olunan yollarla bağlı sürücülərə müraciət edib

"Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin”.

Bunu 7NEWS.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun "Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.

Qeyd etmək istəyirəm ki, Binəqədi-"Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət olduğu ərazidir. Sürücülər bunlar nəzərə alınaraq, həmin ərazidən nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”, - DYP rəsmisi vurğulayıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ