RU
Çe Gevaranı güllələyən hərbçi ölüb
13:50
432

Çe Gevaranı güllələyən hərbçi ölüb

1967-ci il oktyabrın 9-da Kuba inqilabçısı Ernesto Çe Gevaranı öldürən boliviyalı istefada olan hərbçi Mario Teran Salazar ötən gün Boliviyanın Santa Kruz şəhərində vəfat edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "teleSUR" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, o, bir neçə il ərzində inkişaf edən ağciyər xəstəliyindən əziyyət çəkirdi. 80 yaşlı Salazarın ölüm xəbərini Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən istefada olan general Qari Prado da təsdiqləyib.

Xatırladaq ki, 1967-ci ildə Boliviya hərbi qulluqçuları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində Çe Gevara Boliviyada tutularaq güllələnib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ