RU
“Ebola” haqqında ilk dəfə məlumat vermiş kəşfiyyatçı öldü
16:40
309

“Ebola” haqqında ilk dəfə məlumat vermiş kəşfiyyatçı öldü

"Ebola” virusu haqqında ilk dəfə məlumat əldə etmiş sovet və Ukrayna kəşfiyyatının veteranı Anatoli Baronin iyulun 29-da 86 yaşında vəfat edib.

RBK xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, məhz A.Baronin 1970-ci illərdə Nigeriyada işləyəndə yeni təhlükəli xəstəlik - "Ebola” qızdırması barədə ilk dəfə məlumat əldə etməyə nail olub.

Bu qızdırmaya yoluxmuş qanın olduğu sınaq şüşələri "Aeroflot”un xüsusi reysi ilə təcili SSRİ-yə göndərilib. Almaniyanın "Ştern” jurnalı 1970-cı illərdə onu "casusluğun görkəmli ustadı” adlandırıb.

 

1932-ci ildə Moskvada anadan olmuş A.Baronin xaricdə üç dəfə sovet xarici kəşfiyyatının rezidenti işləyib. 1986-cı ildə Moskvada mərkəzi kəşfiyyat aparatında çalışıb. Xidmət göstərdiyi son beş ildə Ukrayna kəşfiyyatının sədr müavininin birinci müavini olub. 1991-ci ildə ehtiyata çıxıb.

Xatırladaq ki, "Ebola” virusu 1976-cı ildə Zair çayının deltasında aşkarlanıb. 2014-2016-cı illərdə irimiqyaslı epidemiya baş verəndə 28,6 min nəfər "Ebola”ya yoluxub, onlardan 11,3 mini ölüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ