Mərkəzi Londonda yerləşən İnsan Haqları Müşahidə qrupu İŞİD-in yeni liderini seçdiyi barədə məlumat yayıb.
7News.az xəbər verir ki, İraqda təşkil olunduğu iddia edilən toplantıya İŞİD-in yüksək rütbəli terrorçuları qatılıb. Qruplaşmanın yeni rəhbərinin kimliyi barədə məlumat verilmir. İddia edilir ki, qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi öldüyü üçün İŞİD yeni liderini seçib. Bəzi mənbələr isə iddia edir ki, Bağdadi həyatdadır. Amma onun səhhəti ilə bağlı ciddi təhlükə var.
7News.az







