İranın Əbu-Dabidəki sənaye zonasına raket hücumu nəticəsində beş nəfər xəsarət alıb.
Bu barədə "Al Hadath" telekanalı Əbu-Dabi hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Ələ keçirilmiş ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində beş Hindistan vətəndaşı orta və yüngül dərəcəli xəsarətlər alıb", - məlumatda qeyd edilib.








