“Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb”.
Hazırda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 4,5%-ni turizmdən gələn gəlirlər təşkil edir.
7news.Az-ın məlumatına görə, bu sözləri Mədəniyyət və Turizm naziriƏbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir.
Nazir həmçinin əlavə edib ki, son 10 ildə Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb:
“Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb.
Ə. Qarayev turizmin iqtisadi amil kimi inkişafı, bu sənayenin inkişafı nəticəsində yeni iş yerlərinin açılmasına müsbət təsirlərini qeyd edib.
7news.Az








