RU
Əbülfəs Qarayev vətəndaşlarla görüşdü
14:34
1330

Əbülfəs Qarayev vətəndaşlarla görüşdü

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samux rayonundakı Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından vətəndaşları qəbul edib.

7News.Az xəbər verir ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyasına baxıb.

Mərkəzdə istedadlı gənc rəssam Xuraman Kazımlının fərdi sərgisi ilə tanış olan nazir ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib.

Samux sakinlərinin müraciətləri rayonda yeni inşa olunmuş tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti, rayonda atçılıq təsərrüfatının inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin nəzdində turizm agentliyinin yaradılması, işlə təminat barədə olub.

Naftalan şəhərindən qəbula gələnlər şəhərdə çoxfunksiyalı mədəniyyət mərkəzinin yaradılması, musiqi alətlərinin təmiri və köklənməsi üçün köməklik göstərilməsi barədə xahişlərini diqqətə çatdırıblar.

Gəncə şəhərindən qəbula yazılan vətəndaşlar şəhərdə yeni yaradılmış muzey müəssisələrinin işçiləri üçün seminar-treninqlərin keçirilməsi, Gəncədə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin filialının yaradılması, işlə təmin olunma ilə bağlı müraciətlər ediblər.

Göygöl sakinləri rayonda turizmin inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin eksponatlarla təmin olunması, kitaba marağın artırılmasına xidmət edən layihələrə dəstək göstərilməsi kimi məsələləri qaldırıblar.

Daşkəsən sakinlərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə elektron resursların verilməsi, rayon ərazisində arxeoloji tədqiqatların aparılması və digər məsələlərə dair müraciətləri səslənib.

Kəlbəcər rayonundan olan məcburi köçkünlər musiqi məktəbinə musiqi alətlərinin verilməsi və bir sıra sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ