RU
Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb - FOTO
12:28
1175

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb - FOTO

2016-cı ilin 6 dekabr tarixində YUNESKO-nun baş direktoru İrina Bokova Parisdə səfərdə olan Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul etmişdir. Görüşdə Azərbaycan-YUNESKO əlaqələri barədə geniş fikir mübadiləsi aparılmışdır.

Görüşdə nazir Əbülfəs Qarayev YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın salamlarını çatdıraraq Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafında xanım Mehriban Əliyevanın olduqca mühüm rolu olduğunu bildirdi. İrina Bokova öz növbəsində Azərbaycan dövlətinə və xüsusilə də 1-ci Xanım Mehriban Əliyevaya həm YUNESKO-nun fəaliyyətinə, həm də öz ölkəsində və bir çox digər üzv ölkələrdə mədəni irsin qorunmasına böyük töhfələr verdiyini diqqətə çatdırdı.

Görüşdə mədəniyyət və irs sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Prosesi təşəbbüsü, növbəti ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə bu tədbir çərçivəsində Beynəlxalq təşkilatların rəhbərlərinin Yüksək səviyyəli görüşü, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək üçün layihələr ətrafında müzakirə aparıldı.

İrina Bokova 5 dekabr tarixində keçirilmiş Bakı Prosesi Beynəlxalq İşçi qrupunun ali toplantısı və İrs mövzusunda yüksək səviyyəli panelin əhəmiyyətinə toxunaraq Azərbaycan ilə müxtəlif səpkidə beynəlxalq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirərək onun salamlarını ölkə rəhbərliyinə və Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş etdi.

Əbülfəs Qarayev səmimi qəbula və görüşə görə təşəkkürünü bildirərək xalqımızın mədəniyyətini əks etdirən bir sıra kitab və materialları xanım baş direktora təqdim etdi.

7News.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ