RU
Ece Erkenin ərini güllələyənlərin qaçış anı - Video
13:00
217

Ece Erkenin ərini güllələyənlərin qaçış anı - Video

Türkiyəli aktrisa, aparıcı Ece Erkenin qətlə yetirilən 42 yaşlı vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu vuran iki nəfərin restorandan qaçma anının görüntüləri ortaya çıxıb.

Kadrları Türkiyənin "ATV" kanalı yayıb.

Kadrlarda masaya silahlı hücumdan sonra Şafak Mahmutyazıcıoğlunun qapıya doğru süründüyü görünür.

 

Mahmutyazıcıoğlu diz çöküb uzaqlaşmaq istəyir, lakin hücum edən şəxs yenidən atəş açır.

Mahmutyazıcıoğlu hücumdan sonra bir müddət diz çöküb. Hücum edən iki şəxs isə əllərində silahla restoranı tərk edərək tez oradan uzaqlaşıblar.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ