RU
Çeçenistanda polisə silahlı hücum - FOTO/VİDEO + YENİLƏNİB
16:31
666

Çeçenistanda polisə silahlı hücum - FOTO/VİDEO + YENİLƏNİB

Qroznıda partlayıcı ilə silahlanmış şəxsin polis əməkdaşlarına hücumu nəticəsində bir nəfər ölüb.

7News.Az bu barədə "RİA Novosti”yə istinadən xəbər yayır.

15:41

Avqustun 20-də Qroznıda partlayıcı ilə silahlanmış şəxs polis əməkdaşlarına hücum edib. 

7News.Az bununla bağlı "Mash” "Teleqram” kanalına istinadla məlumat yayıb. 

Bəzi məlumatlara görə, naməlum şəxs partlayıcı qurğunu polis məntəqəsinə atsa da, qurğu işə düşməyib. Bundan sonra həmin şəxs avtomobilini polislərin üzərinə sürüb. Hadisə zamanı üç nəfər xəsarət alıb. Onların vəziyyətinin ağır olduğu bildirilib. 

Qeyd edilib ki, hadisədən bir neçə dəqiqə sonra həmin şəxs zərərsizləşdirilib. "Mash”ın yaydığı məlumata görə, insident zamanı həmin şəxsin yanında azyaşlı uşaq da olub. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ