Çeçenistanda tikinti sahəsində baş verən partlayış nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Partlayış İtum-Kalinski rayonunun Başin-Kali kəndində tikinti sahəsində baş verib.
İlkin məlumata görə, qaz balonları partlayıb.








