RU
Çeçenistanda təyyarə evin üstünə düşdü - Yaralılar var
15:50
272

Çeçenistanda təyyarə evin üstünə düşdü - Yaralılar var

Çeçenistanda təyyarə qəzaya uğrayıb.

7News.Az Trend-ə istinadən xəbər verir ki, səhər saat 8 radələrində yüngülmotorlu təyyarə qəzaya uğrayaraq yaşayış evinin üstünə düşüb. Hadisəni Rusiya Fövqəladə Hallar Xidməti təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb - pilot, 2 qadın və 1 azyaşlı. Yaşayış evinə ziyan dəyib.

Qəzanın başvermə səbəbi olaraq pilotun idarəetməni itirməsi qeyd edilir, başqa detallar açıqlanmır. Araşdırma başlayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ