RU
Əcnəbilər Azərbaycanda viza ala biləcəklər
10:29
954

Əcnəbilər Azərbaycanda viza ala biləcəklər

Azərbaycan Nazirlər Kabineti "Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər edib.

7News.Az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib və Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ