Dəfələrlə həbs olunan Elşad Qafarov yenidən həbs olundu. Elşad Qafarovun həbsində heçbir siyasi motiv yoxdur.
XALQ.AZ xəbər verir ki, İslam İnkişaf Bankıını maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Daşkəsənin içməli su təchizatı və kanalizasiya sistemləri həyata keçirən «Çakır Yapı»şirkətin 4 əməkdaşı zorakılığa məruz qalıblar. Belə ki,Elşad Qafarov şirkətin 4 əməkdaşından hədə-qorxu ilə pul tələb etmiş məqsədinə çatmayaraq onlara xəsarət yetirərək xəstəxanlıq etmişdir. Bununla bağlı xəsarət alanlar hüquq muhafizə orqanlarına müraciət edərək Elşad Qafarov haqqında tədbir görülməsi istəyiblər. Hüquq muhafizə orqanları zərəçəkmiş şirkətin əməkdaşlarının xəsarətlərini müyyən edərək araşdırmalar aparılmışdır və Daşkəsən rayon məhkəməsində işə baxılaraq Elşad Qafarov 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, Elşad Qafarov dəfələrlə belə hadisələri törətmişdir. Daşkəsən rayonunda seçkilər zamanı qeydə alınan namizədlərdən dəfələrlə hədə qorxu yolu ilə pul etmişdir.








