"Real Madrid" ilə müqaviləsi başa çatdıqdan sonra heç bir komandaya imza atmayan Eden Hazard futboldan ayrıldığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, "Chelsea"dən rekord qiymətə "Real"a transfer olunan Eden Hazard İspaniya nəhəngində gözlənilən performansı göstərə bilməyib. Ötən mövsümün sonunda müqaviləsi başa çatan belçikalı ulduz heç bir komanda ilə müqavilə imzalamayıb. 32 yaşlı təcrübəli futbolçu "Instaqram" hesabından verdiyi açıqlama ilə aktiv futbol həyatına son qoyduğunu açıqlayıb.
7NEWS.az








