RU
Ədliyyə və DİN birgə əməliyyat keçirdi
14:30
23

Ədliyyə və DİN birgə əməliyyat keçirdi

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

 Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində əsas yoldan kənarda daşların arasında gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 5 ədəd 5.45 kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ