Rusiya paytaxtında film çəkilişləri zamanı yanğın baş verib.
Bu barədə "LifeShot” "Telegram” kanalı xəbər yayıb.
Əvvəlcə pirotexniki vasitələrdən istifadə edərək idarə olunan kiçik yanğın planlaşdırılıb, ancaq alov digər tikililərə yayılıb. Nəticədə çəkiliş qrupu hadisə yerinə yanğınsöndürənləri çağırmalı olub. Onlar gələnə kimi isə çəkiliş qrupu tikililərin içərisində olan qaz balonlarını müstəqil şəkildə çıxarıblar.
Ümumilikdə 800 kvadrat metr ərazi yanıb. Zərərçəkənlər barədə məlumat yoxdur.
Yanğın artıq söndürülüb.
7News.Az








