Öz təqvimindən istifadə edən Şərqi Afrika ölkəsi Efiopiya bu gün 2016-cı ilə girməyə hazırlaşır.
7NEWS.az xəbər verir ki, hər il 11 və ya 12 sentyabrda yeni ili qarşılayan 120 milyon əhalisi olan ölkə bu gün 2016-cı ilə qədəm qoyur. Ölkənin bütün rəsmi qurumlarında Yeni il bayramı olacaq. Baş nazir Abiy Əhməd təbrik mesajında keçən il bir çox çətinliklərin öhdəsindən gəldiklərini ifadə edərək, yeni ildə bütün efiopiyalılara xoşbəxtlik arzulayıb.
7NEWS.az








