Efiopiyada dəhşətli cinayət baş verib.
Qadın əri tərəfindən kimyəvi turşu hücumuna məruz qalıb. Gözləri kor olan və cildi ağır yaralar səbəbindən əriməyə davam edən qadın nə danışa bilir, nə də yeyib-içə bilir. Atsede Nigussiemin cəmi 26 yaşı var.
Hücumun səbəbi məlum deyil. Qadın ərinin niyə belə hərəkət etdiyinin səbəbini bilmir: "15 iyul gecəsi ailəmin evində idim. Qapı döyüldü. Açanda bu hadisə baş verdi. Birdən üzümə bir şey atdı".
29 yaşlı Kaimanot Kahsai qapını açan arvadının üzünə kimyəvi turşu ataraq çıxıb gedib. Gənc qadın ağrıdan qışqıraraq köməyə adam çağırıb. Hadisə baş verəndə isə cütlüyün 5 yaşlı oğlu yuxuda olub. Aradan iki ay keçsə də, qadının ağrıları azalmayıb. Sol gözü kor olan Atsede ancaq sağ gözü ilə görə bilir. Amma sağ gözünü də itirmə riski böyükdür.
Hazırda bacısı onu Taylanda aparıb və müalicə etdirir. Amma həkimlər bildiriblər ki, Atsedenin yarası çoxdur və heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq./olke.az
7news.Az








