7NEWS.az xəbər verir ki, Efiopiyanın cənubunda baş verən sürüşmə nəticəsində ölənlərin sayının 146-ya yüksəldiyi bildirilib. Yerli hakimiyyət orqanları ölkənin cənubundakı Qofa dağlıq bölgəsində leysan yağışları nəticəsində baş verən sürüşmə nəticəsində qadın və uşaqların da olduğu 146 nəfərin meyitinin tapıldığını qeyd edib.
Qofa bölgəsinin rəsmilərindən olan Dagmawi Ayele sürüşmədə ölənlər arasında azyaşlı uşaqlar və hamilə qadınların olduğunu bildirib.
7NEWS.az








