Britaniyanın ITV kanalındakı "This morning" (bu səhər) verilişində biabırçı anlar yaşanıb.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, verilişin mövzusu cinsiyyət orqanı xərçəngi olub.
Mövzu ilə bağlı danışmaq üçün verilişə dəvət olunan həkim Kris Stil xərçəng xəstəliyini ev şəraitində müəyyənləşdirməyin yollarından bəhs edib.
Bu zaman verilişə qonaq kimi qatılan Kris Hyus şalvarını endirərək cinsiyyət orqanını göstərib və xəstəliklə bağlı müayinəsindən danışıb.
Həkim onun bədəni üzərində xərçəng xəstəliyi barədə danışıb.
Efirdə bu kadrların yayımlanması birmənalı qarşılanmayıb, sosial şəbəkədə ciddi etirazlara səbəb olub.
Qeyri-etik olduğuna görə görüntüləri təqdim etmirik.


7News.Az








