Azərbaycan Mətbuat Şurasının üzvü olan "7news.az” hər zaman oxucuların görüşünə məzmun və yaradıcılıq baxımından maraqlı təqdimatları ilə gəlib. İlk gündən götürülmüş bu dəst-xəttə sadiqlik ona geniş auditoriya qazandırıb. Sevindirici haldır ki, bu auditoriya təkcə ölkəmizin sərhədləri ilə məhdudlaşmır.
Ötən 5 ilin fəaliyyət mənzərəsi göstərdi ki, "7news.az” uzaq məsafələr hədəfləyən media orqanıdır. Bu peşəkarlıq iddiası gərgin, yorulmaz əməyə, zəhmətə və axtarışlara söykənməklə fəxr və qürur hissi doğurur.
Bir daha "7news.az” saytını kollektivinin üzvlərini fəaliyyətlərinin 5 illiyi münasibətilə təbrik edir, yeni-yeni uğurlar, möhkəm cansağlığlı arzulayıram."








