NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstanda baş verənlərlə bağlı açıqlama verib.
Vəziyyətlə bağlı fikirlərini bölüşdükdən sonra sual-cavab mərhələsinə keçən Stoltenberqə əfqan jurnalistin, "Xahiş edirəm, nə olar, Talibanı tanımayın", deyərək yalvarması hər kəsi duyğulandırıb.
Baş katib isə öz növbəsində Əfqanıstana görə kədərləndiklərini bildirib:
"Əfqanıstanda hərbi yox, siyasi çöküş yaşanır. Əfqanıstanda çöküşü görəndə kədərlənirik. Bundan dərs çıxarmalıyıq. Son 20 ildə müttəfiqlərimizə qarşı heç bir terror hücumu olmayıb. İndi hakimiyyəti ələ alanlar sülh mühitini qorumaq məcburiyyətindədir”. /Yenisabah
7NEWS.Az








