Almaniyanın Bavariya əyalətinin polisi Münhen şəhərinin yaxınlığında 16 yaşlı alman qıza vəhşicəsinə təcavüz etmiş 3 əfqan miqrantı həbs ediblər.
Hadisə Hyoenkirhen-Ziqertsbrunn şəhərində yaşanıb.
Əfqanıstandan Almaniyaya gəlmiş miqrantlar məktəbli qıza təcavüz edəndən sonra qaçmaq istəsələr də, yaxalanıblar. 17,18 və 27 yaşlı əfqanların üçü də sərxoş olub.
Sentyabrın 16-da isə Dessau şəhərində 56 yaşlı alman qadına təcavüz etmiş 4 eritreyalı miqrant tutulub./milli
7news.Az








