Əfqanıstan rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Riçard Bennetin qərəzli olduğu və ölkə əleyhinə təbliğat apardığı səbəbilə ölkəyə girişinin qadağan edildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Almaniyanın Deutsche Welle (DW) xəbər kanalına verdiyi açıqlamada Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, əksər beynəlxalq qurumlar, xüsusilə də BMT qərəzlidir və onlara düşməndir. Ofisi Kabildə olan BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəsmiləri ilə görüşlər keçirdiklərini qeyd edən Mücahid, lazımi xəbərdarlıqları etdiklərini və BMT-nin insan haqları ilə bağlı dərc etdiyi hesabatları rədd etdiklərini bildirib.
7NEWS.az








