Əfqanıstanın Hinduquş dağları ərazisində 5 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 161 min nəfərin yaşadığı Qunduz şəhərindən 186 km şərq istiqamətində yerləşib.
Təbiət hadisəsinin ocağı isə 190 km dərinlikdə olub. Dağıntılar və zərərçəkənlər barədə hər hansı bir məlumat daxil olmayıb.








