Əfqanıstan parlamenti noyabrın 30-da böyük səs çoxluğu ilə İsveçlə bu ölkənin vətəndaşı olmamış mühacirlərinin deportasiyası haqqında imzalanmış müqaviləni ləğv edib.
Əfqanıstanın xarici əlaqələr üzrə parlament komitəsinin üzvü Əbdül Kayum Sacadi bildirib ki, müvafiq müqavilə Əfqanıstanın milli maraqları ilə ziddiyət təşkil edir.
"Bu, İsveçdən çıxarılan mühacirlərlə vətəndaşlıq qəbul etmiş qohumları arasında ayrılığa səbəb olacaq”, - Ə. Sacadi söyləyib./qafqazinfo
7news.Az








