RU
Əfqanıstan parlamentinin binası raket atəşinə tutulub
13:00
19978

Əfqanıstan parlamentinin binası raket atəşinə tutulub

Atəşin hansı tərəfdən açıldığı məlum deyil.

Bazar ertəsi Əfqanıstanın Kabuldakı yeni parlament binasına raket düşüb.

7News.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Khaama Pressagentliyi məlumat yayıb.

Hadisə təhlükəsizlik əməkdaşlarının parlamentariləri təlimatlandırmaq üçün binaya daxil olduğu zaman baş verib.

Kabuldakı mənbə Sputnik agentliyinə bildirib ki, parlamentə ən azı dörd mərmi atılıb.

“Əfqanıstan parlamenti raket hücumuna məruz qalıb, ən azı dörd raket düşüb”, - hücum anında binada olan mənbə bildirib.

Atəşin hansı tərəfdən açıldığı məlum deyil. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ